-
İş Yerində Effektiv Ünsiyyət Bacarıqları
28 Ekim
-
Diversity və İnklüzivlik: Şirkət Mədəniyyətində Əhəmiyyəti
28 Ekim
-
Məhsuldarlığın Artırılması: Zamanın Effektiv İdarə Olunması
13 Ekim
-
İş Yerində Stressin İdarə Edilməsi
13 Ekim
-
Ofis Ergonomikası və Sağlam İş Şəraiti
13 Ekim
-
HR Texnologiyaları: İşə Qəbulda Süni İntellektin (AI) Rolu
13 Ekim
-
Strukturlaşdırılmış Müsahibə: Obyektiv və Ədalətli Seçim Yolu
07 Ekim
-
Müsahibədə Davranış Əsaslı Sualların Gücü
29 Eylül
-
Əmək Münasibətlərində Etik Qaydalar və İşəgötürənin Öhdəlikləri
26 Eylül
-
İşçilərin Təlim və İnkişaf Proqramlarının Əhəmiyyəti
26 Eylül
-
HR-da Performans İdarəetməsi və Geri Bildirim Strategiyaları
21 Eylül
-
HR Texnologiyaları: İşə Qəbul və İşçi İdarəetməsində Avtomatlaşdırmanın Rolu
21 Eylül
-
Yeni İşçilər Üçün Effektiv Onboarding Prosesləri
17 Eylül
-
İşçi Bağlılığı və Motivasiya Yolları
16 Eylül
-
İşə Qəbulda Psixometrik Testlərin Rolu
13 Eylül
-
İşəgötürənlərin namizəddə axtardığı ən yaxşı bacarıqlar və keyfiyyətlər
07 Eylül
-
İş görüşməsində uğurlu olmağınız üçün 30 məsləhət
30 Ağustos
-
Dinamik iş rejimində çalışacağıqmı?
22 Ağustos
-
Ölkəmizdə Rəqəmsal İnqilab: Elektron İmza və Sima ilə Əmək Müqaviləsinin imzalanması
21 Ağustos
-
Müsahibədə Uğur Qazanmağın 5 Effektiv Yolu
13 Ağustos
-
Müsahibədən uğurla keçməməyin 3 Səbəbi
12 Ağustos
-
Onlayn iş görüşməsi üçün tövsiyələr
08 Ağustos
-
Müsahibə zamanı "Brain Clicker" suallarının düzgün cavablandırılması: İpuçları və Strategiyalar
30 Temmuz
-
Menecer yoxsa Lider: Fərqlər və Uğura gedən yolda rolları
30 Temmuz
-
Ədalət və Bərabərlik: Fərqlər və Önəmi ( Equity vs Equality)
29 Temmuz
-
İşə Qəbul Texnologiyasından İstifadə: İşə Qəbulda İnnovativ Həllər
23 Temmuz
-
İşə Qəbul Komandasını İdarə Etmək və Mentorluq: Uğurlu Liderliyin Əsasları
22 Temmuz
-
"KPİ & Grading" sisteminin qurulmasi - Online Master Klass
03 Mayıs
-
Ödənişsiz Vebinar - "CV sənədimizi necə hazırlayaq?"
"CV sənədimizi necə hazırlayaq?"
02 Mayıs
-
"Bakı Bulvarı" restoranında yay sezonu açıldı!
30 Nisan
-
HR-lar üçün 1C təlimi
18 Nisan
-
"ƏMAS ilə sərbəst işlə" təlimi
15 Nisan
-
Ramazan bayramınız mübarək olsun!
10 Nisan
-
İş yerlərinə sağlamlıq haqqında arayış verilməsi ilə bağlı yenilik!
09 Nisan
-
ƏMAS altsistemində İşəgötürənlərə yeni xəbərdarlıq!
15 Mart
-
İşçilərin ezamiyyə qaydaları
13 Mart
-
Əsas əmək məzuniyyətinin müddəti
27 Şubat
-
Yeni ildə 7 gün iş olmayacaq
13 Aralık
-
Noyabrda 5 gün ardıcıl iş olmayacaq
04 Kasım
Əsas əmək məzuniyyətinin müddəti
Bildiyimiz kimi məzuniyyət geniş anlayışdır. Bu məqaləmizdə biz “əsas əmək məzuniyyətinin müddəti barədə” bəhs edəcəyik.
İlk öncə qeyd edək ki, Məzuniyyətin aşağıdakı növləri var:
- əmək məzuniyyəti (əsas və əlavə)
- təhsil və yaradıcılıq məzuniyyəti
- sosial məzuniyyət
- ödənişsiz məzuniyyət
- digər məzuniyyətlər
Əsas əmək məzuniyyətinin minimum müddəti 21 gündür. Aşağıda sadalanan işçilərə əmək məzuniyyəti 30 gündən az olmamalıdır (Əmək Məcəlləsi və Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası):
- kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə;
- məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) qulluq keçən dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə;
- Bütün sahələrdə olan rəhbərlər
- İdarə, təşkilat, müəssisə rəhbəri, Baş mütəxəssislər, Baş iqtisadçı, Baş mühəndis, Baş texnoloq, Baş mexanik, Baş konstruktor, Baş mühasib, Menecer (baş menecer də daxil olmaqla), Şöbə rəisi (müdiri), Sex rəisi, Sahə (növbə) rəisi, İş icraçısı (böyük iş icraçısı da daxil edilməklə), Sahə ustası, usta (böyük usta da daxil edilməklə), Təsərrüfat şöbəsinin rəisi, Dəftərxana müdiri, Anbar müdiri, kirayə məntəqəsinin müdiri, Arxiv müdiri, Ekspedisiya müdiri, Mətnlərin kompüter (makina) yığımı bürosunun müdiri, Surətçıxarma, çoxaltma bürosunun müdiri, Təsərrüfat müdiri, Fotolaboratoriya müdiri, Buraxılış bürosunun müdiri, Mühafizə kamerasının müdiri.
- Bütün sahələrdən olan mütəxəssislər
- Konstruktor, Texnoloq, Patentşünas, Mühəndis-proqramlaşdırıcı,
Elektronçu, Rəssam-konstruktor (dizayner), Rəssam, Memar, Referent, Mühasib-təftişçi, Mühəndis (müxtəlif ixtisaslardan və adlardan olan mühəndislər), İqtisadçı (müxtəlif ixtisaslardan və adlardan olan iqtisadçılar), Əmtəəşünas, Riyaziyyatçı, Psixoloq, Sosioloq, Fizioloq, Tərcüməçi, Tərcüməçi-daktiloloq, Hüquq-məsləhətçisi, Redaktor, Mühasib, Kadrlar üzrə mütəxəssis, Texnik (böyük texnik də daxil edilməklə bütün ixtisaslardan və adlardan olan texnıklər), Müfəttiş (böyük müfəttiş də daxil olmaqla), Laborant(böyük laborant da daxil olmaqla), Dispetçer; əlaqələndirici (böyük də daxil olmaqla). - Bütün sahələrdən olan texniki icraçılar (digər qulluqçular)
- Kompüter operatoru, Stenoqrafçı, Statistik, Katib-stenoqrafçı, İnkassator (böyük inkassator da daxil olmaqla), Sığorta agenti, Xəzinədar (böyük xəzinədar da daxil olmaqla), Arxivçi, Yüklərin daşınması üzrə ekspeditor, Makinaçı, Hesabdar, Çertyojçu, Katib, Katib-makinaçı, Kargüzar, Agent, Uçotçu, Naryadçı, Tabelçi, Ekspeditor, Buraxılış bürosunun növbətçisi, Texniki sənədlərin surətini çıxaran.
- xüsusi təhsilmüəssisələri istisna olmaqla, təhsil müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə, habelə məktəbdənkənar uşaq müəssisələrinin rəhbərlərinə;
- təhsil müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə;
- elmi dərəcəsi olmayan elmi işçilərə;
- həkimlərə, orta tibb işçilərinə və əczaçılara;
Bundan əlavə yaşı 15-16 olan işçilərə, Orqanizmin funksiyalarının pozulması faizindən, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan işçilərə, uşaq evlərinin, məktəbəqədər təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, tərbiyəçi-müəllimlərinə, metodistlərə, defektoloqlara, loqopedlərə, musiqi rəhbərlərinə, psixoloqlara, metodika kabinetlərinin və mərkəzlərinin rəhbərlərinə, metodistlərinə və təlimatçılarına, ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərinin, internat tipli liseylərin, internat tipli gimnaziyaların, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərinin, xüsusi ümumtəhsil məktəblərinin, internat tipli xüsusi ümumtəhsil məktəblərinin və internat tipli sanator ümumtəhsil məktəblərinin tərbiyəçilərinə, məktəbdənkənar uşaq müəssisələrinin dərnək rəhbərlərinə, kütləvi işçilərinə, məşqçi müəllimlərə, elmi müəssisə və təşkilatların, habelə ali təhsil müəssisələrinin elmi tədqiqat bölmələrinin fəlsəfə doktoru elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə, Teatr-tamaşa müəssisələrinin, televiziya, radio və kinematoqrafiya qurumlarının bədii və artist heyətlərinə əsas məzuniyyət 42 gündən az olmayaraq verilməlidir.
Yaşı 16-18 olan işçilərin, bilavasitə səhnəyə xidmət edən işçilərin əsas məzuniyyət hüququ 35 gündür.
Aşağıdakı işçilərə əmək məzuniyyəti 56 təqvim günü müddətində verilməlidir:
- illik normanın üçdə bir hissəsindən az olmamaqla pedaqoji iş aparan təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, təlimatçılarına, dərnək və musiqi rəhbərlərinə, konsertmeysterlərə, akkompaniatorlara, xormeysterlərə və başqa musiqi işçilərinə;
- bütün ixtisas və adlardan olan müəllimlərə (məşqçi müəllimlərdən başqa);
- uşaq birliyi rəhbərlərinə, magistrlərinə, praktik psixoloqlara, loqopedlərə, surdopedaqoqlara;
- təhsil müəssisələrinin tərbiyəçilərinə (ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərinin, internat tipli liseylərin, internat tipli gimnaziyaların, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərinin, xüsusi ümumtəhsil məktəblərinin, internat tipli xüsusi ümumtəhsil məktəblərinin və internat tipli sanator ümumtəhsil məktəblərinin tərbiyəçilərindən başqa) eşitmə kabinetlərinin təlimatçılarına, dərnək rəhbərlərinə, hərbi rəhbərlərə, bədən tərbiyəsi rəhbərlərinə;
- sosial müdafiə orqanlarının və tibb müəssisələrininbilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçilərinə;
- elmi müəssisə və təşkilatların, habelə ali təhsil müəssisələrininelmi tədqiqat bölmələrinin elmlər doktoru elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə;
- müvafiq elmi şuranın qərarı əsasında müstəqil elmi tədqiqat işləri aparan elmi işçilərə.
Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.
Növbəti hansı mövzu barədə məlumat əldə etmək istəyirsinizsə, aşağıda qeyd etdiyimiz “Sorğu” vasitəsilə bizə bildirməyiniz xahiş olunur.
https://forms.gle/he3TtCKVnS9iapkt5