14

İşçilərin ezamiyyə qaydaları

Bu yazımızda ezamiyyə haqqında maraq doğuran məqamlara aydınlıq gətirəcəyik.
Dövlət orqanının, müəssisə, idarə və təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Daimi işi yolda keçən və gediş - gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərin xidməti gedişi ezamiyyət sayılmır.
Təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir. Dəvət edən tərəf ezamiyyə xərclərinin ödənilməsini öz üzərinə götürdüyü hallarda, ezamiyyə xərclərinin ödənilməsi ilə bağlı müddəalar əmrdə öz əksini tapmalıdır. Ezamiyyələr daxili və xarici olur. Respublika daxili ezamiyyələr zamanı müvafiq əmrlə yanaşı, işçiyə ezamiyyə vəsiqəsi verilir. İşçilərin ezamiyyət müddəti təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla, bu müddət 40 gündən yuxarı ola bilməz. (Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda çalışan diplomatik xidmət əməkdaşları, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər və digər təşkilatların nümayəndələri istisna olmaqla). Təftiş və yoxlamalarla əlaqədar olaraq ezamiyyət müddəti təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə təftiş və yoxlama qurtarana qədər artırılır. Quraşdırma, sazlama və tikinti işlərinin yerinə yetirilməsi üçün göndərilən fəhlələrin, rəhbər və mütəxəssislərin ezamiyyət müddəti müvafiq işlərin görülməsi müddətindən asılı olaraq müəyyən edilir. Ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl ezamiyyətin müddətinə uyğun olaraq pul avansı verilir və işçi ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar xərclədiyi vəsaitlərin məbləği haqqında avans hesabatını 3 gün ərzində təqdim etməlidir. Xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc məbləğinin əmək haqqından tutulmasına Əmək Məcəlləsi ilə yol verilir.
Ezamiyyətdə olduğu vaxt, o cümlədən yolda olduğu vaxt üçün ezam olunan işçinin əsas iş yeri (vəzifəsi) və orta əmək haqqı saxlanılır. Təşkilat rəhbərinin tapşırığı ilə işçinin ezamiyyətə getdiyi və ezamiyyətdən qayıtdığı gün istirahət və ya iş günü hesab edilməyən bayram gününə düşərsə, həmin gün üçün işçiyə əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada əlavə əmək haqqı və ya əlavə istirahət günü verilir. Ezam olunan işçilərə ezam olunduqları təşkilatların iş vaxtının rejimi və istirahət vaxtı tətbiq edilir.
Əvəzçilik üzrə işləyən işçi ezam olunan zaman onun orta əmək haqqı onu ezam edən təşkilatda saxlanılır. Ezam olunmuş işçi ezamiyyə müddətində əmək qabiliyyətini müvəqqəti itirdiyi halda, ona səhhətinə görə həvalə olunmuş xidməti tapşırığı yerinə yetirmək və yaxud daimi yaşayış yerinə qayıtmaq imkanı olmadığı dövr üçün (altı aydan artıq olmamaq şərtilə) ezamiyyə xərclərinin 1 günlük normasına uyğun xərclər ödənilir. Ezam olunmuş işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, həmçinin də səhhətinə görə daimi yaşayış yerinə qayıtmaq imkanı olmaması, səhiyyə xidmətləri tərəfindən müəyyən olunmuş qaydada təsdiq edilməlidir. Əmək qabiliyyətini müvəqqəti itirdiyi dövr üçün ezam olunan işçiyə ümumi əsaslarla əmək qabiliyyətini müvəqqəti itirməsi üzrə müavinət verilir. Əmək qabiliyyətini müvəqqəti itirdiyi günlər ezamiyyətin müddətinə daxil edilmir.
Ezamiyyətdə olan işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə xitam vermək qadağandır (Müəssisənin bağlanması istisnadır.).
İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Ezamiyyətdə olan müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz.
Hamilə, 14 yaşınadək uşağı olan və ya övladlığa götürən, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan və ya övladlığa götürən qadınların ezamiyyətə göndərilməsinə yalnız onların yazılı razılığı ilə (hamilə və 3 yaşınadək uşağı olan qadınlara münasibətdə onların, habelə uşağın həyat və ya sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olduqda) yol verilir. Yaşı 18dən az olan işçilərin ezamiyyətə göndərilməsi qadağandır.

Ezamiyyə barədə  sizə maraqlı olan məqamları bizə aşağıdakı sorğu vasitəsilə göndərə bilərsiniz. 

https://forms.gle/NTczmHtCnCFNAkHw9

Növbəti məqalələrimizdən  tez bir zamanda xəbərdar olmaq üçün sosial şəbəkə kanallarımıza abunə ola bilərsiniz.

Telegram: https://t.me/+GQOB_sWoFqw5OTU6

Whatsapp kanal və qrupu: https://chat.whatsapp.com/IilZ7Qvo4FPEjy43vruYRd l https://whatsapp.com/channel/0029VaKBDw59cDDd64LsyU1X 

Linked İnn : https://www.linkedin.com/company/101777282/admin/feed/posts/

Umano.com.tr ile hayalinizdeki işi bulun