28

Onlayn iş görüşməsi üçün tövsiyələr

Üz -üzə müsahibələrdə olduğu kimi, onlayn müsahibələrdə də diqqət yetirilməli olan bəzi vacib məqamlar var. İş görüşmələrində səni önə çıxaracaq əsas bir neçə məqamı diqqətinizə çatdırırıq.

Dünyanı təsiri altına alan pandemiya dövründə, həyat standartlarımızla birlikdə iş həyatımızda da ciddi dəyişikliklər oldu. Belə ki, bəzi sektorlar tərəfindən pandemiyadan əvvəl də qismən istifadə edilən onlayn proseslər, pandemiya ilə birlikdə iş həyatının mərkəz nöqtəsinə çevrildi. İş şərtləri, iş görüşmələri və müştəri xidmətləri bu istiqamətdə yenilənməyə başladı və iş dünyası bu dəyişikliklərə uyğunlaşaraq ciddi irəliləyişlər əldə etdi.

Müsahibələrin onlayn olması ilə işə qəbul proseslərinin sürətləndiyini söyləyə bilərik. Ancaq onlayn müsahibələrdə ortaya çıxan bəzi problemləri qeyd etmək, iş görüşmələrinin səmərəli keçməsi baxımından böyük əhəmiyyət daşıyır.

Onlayn həyata keçirilən işə qəbul müsahibələri ofis xaricində də aparıla bildiyi üçün bu görüşmələrə xüsusi diqqət yetirmək lazımdır. Uzaqdan qoşulmağınıza baxmayaraq unutmayın ki, əvvəllər olduğu kimi "işə girmək" deyil, "işi almaq" anlayışı daha çox gündəmdədir. Buna görə aşağıdakı bir neçə məqama diqqət yetirmək, sizi digər namizədlərdən fərqləndirəcəkdir:

  1. Səni ilk dəfə tanıyacaq birisi üçün ilk təəssürat olduqca vacibdir. Buna görə də, onlayn görüşmədə kamera fonunun və bucağının düzgün olması lazımdır.
  2. Üz -üzə görüşməyə gedirmiş kimi səliqəli şəkildə hazırlanmalısan. Daha rəsmi geyimlərlə yaxşı təəssürat yaratmalısan.
  3. Yalnızca xarici görünüşünün düzgün olması əlbəttə “prezentabl” görünməyin üçün kifayət etməyəcəkdir. Bununla yanaşı davranışlarını idarə edə bilməyin və ən əsası gülərüzlü olmağın vacibdir. Çünki insanlar, birlikdə işləyəcəyi şəxslərin enerjisinin yaxşı olmasını istəyir.
  4. Kamera bucağını, aydın şəkildə görünəcək şəkildə tənzimləməlisən. Görüşmə öncəsi ön izləmə edərək bucağı düzəldə bilərsən.
  5. Ünsiyyətin digər qaydalarından biri, qarşındakına aydın bir təəssürat yaratmaq üçün dik şəkildə oturmaqdır. Oturma şəkli eyni zamanda sənin xarakterini əks etdirir.
  6. Qeyd edilməli olan digər məqam isə bədən dilidir. Bədən dili eyni zamanda inandırma sənətinin bir parçasıdır. Bədən dilini düzgün istifadə edə bilmək, işi almağınıza kömək edəcəkdir.
  7. İnandırıcı, açıq və dəqiq cavablar verməyə çalışmalısan.
  8. Digər vacib məqam isə səs tonudur. Əgər yaxşı bir HR mütəxəssisi ilə görüşürsənsə, sənə yönəldəcəyi çarpaz suallara və ya səni sınamaq üçün verəcəyi suallara verdiyin cavab müəyyənedici olacaq. Nə dediyindən çox, necə dediyin vacibdir. Çünki üslubumuz kimliyimizi əks etdirir.

Eyni iş elanına yüzlərlə namizədin müraciət etdiyini düşündükdə, bu tövsiyələrə diqqət yetirməyiniz, işi almağınıza kömək edəcəkdir.

Bizi izləyin:         

Umano.com.tr ile hayalinizdeki işi bulun