32

Dinamik iş rejimində çalışacağıqmı?

Pərvanə Həsənova

Kadrlar üzrə böyük mütəxəssis

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu

Dünya üzrə müəssisələr daha uyğun iş məkanı imkanlarını dəyərləndirirlər. İstədiyiniz yerdə, zamanda və şəkildə işləmək imkanı hibrid işi bizneslər və onların işçiləri üçün cəlbedici edir. Hibrid iş mühiti modeli də ənənəvi versiyada olduğu kimi, işçilərin iş yerində çalışmasını nəzərdə tutur, lakin bu zaman onların hər gün ofisə getməsinə ehtiyac olmur. Pandemiyadan sonra bir sıra müəssisələr iş rejimlərində dəyişiklik edib hibrid iş rejimi ilə işləməyi sınadılar. Bəzi müəssisələrdə bu rejim əlverişli olsa da, çox şirkət bu şəraitdə işləməyi davam etdirə bilmədi. Daha sonralar bütün əməkdaşların deyil, bəzi əməkdaşların uzaqdan, yəni hibrid iş rejimində işləməsinə şərait yaradıldı, beləliklə hibrid iş rejimi qalıcı oldu.
Bu rejim əsasən İT, layihələr, analitika və s. sahədə çalışanlar, həmçinin təhsil alan və elmi iş müdafiə edən əməkdaşlar üçün əlverişli iş rejimi hesab olunur. Müəyyən işçilər üçün dinamik çalışma saatlarının planlaşdırılması ilə rəhbərlər öyrənmə və innovasiya üçün əlavə fürsət yaratmış olurlar. Bundan başqa, Y və Z nəslinin 52%-inin gələcək illərdə ənənəvi ofis modelini daha dinamik iş rejiminə dəyişəcəyi düşünülür.
Bəzən isə rəhbərlər məcbur olaraq, hibrid iş rejimində işçi ilə çalışmağa razı olurlar. Ən vacib kadrlar başqa şəhərlərdə, başqa ölkələrdə yaşayan əməkdaşlar ola bilir. Bir çox hallarda isə əməkdaşlar həftənin müəyyən günlərini evdən işləmək, qalanını işdə keçirə bilmək imkanının motivasiya olduğunu bildirir.
Hibrid iş müştərilərə, həmkarlara və ya evə daha yaxın işləmək azadlığı imkanı verir. Bu rejim həm ekologiyanı qoruyur, həm də daha sərfəlidir. Hibrid iş rejimi həm də ənənəvi ofislərdə olan yüksək əlavə məsrəflər və gözlənilməz texniki xidmət xərclərini azaltmağa, ehtiyaclara uyğun məkanları dəyərləndirməyə kömək edir. Bu, təkcə ətraf mühit üçün deyil, həm də onların sağlamlığı və rifahı üçün daha yaxşıdır. İş məkanlarında tullantıları azaltmağa və biznesin ətraf mühiti kirləndirməsini minimuma endirməyə də gətirib çıxarır.
Verilən tapşırıqların icra müddəti və icra keyfiyyəti ilə maraqlanan, nəticəyönümlü, yenilikçi, müasir tendesiyaları, işçi bağlılığını, məmnuniyyətini dəstəkləyən, işin keyfiyyətinin və səmərəliliyinin artırılması üçün tədbirlər həyata keçirməyi planlayan müəssisə rəhbərləri hibrid iş rejimi ilə işləməyə razı olur. Bütün günü işdə olmağı tələb etmək, gecikmələrə görə tənbeh etmək, ödənişsiz məzuniyyət yazdırmaq, iş olmadığı günləri hər hansı formada rəsmiləşdirmək və s. onlara maraqlı deyil. Belə rəhbərlər fikirləşir ki, harada olur-olsun işçilərlə əlaqə saxlaya bilir, iş yeri enerjili və sağlam mədəniyyətə malik olur. Hibrid iş yeri ənənəvi iş mədəniyyətini dəyişir, belə ki, iş yerində eyni zamanda az əməkdaş, az görüş, az “dedi-qodu”, ofisdə az xərc deməkdir. Hər gün işə getməyə ehtiyac yoxdur.
Beynəlxalq idarəetmədə müəssisə rəhbərlərinin daim inkişaf etməkdə olan iş dünyasının tələbləri ilə ayaqlaşması üçün hibrid iş mühiti ən uyğun seçim hesab edilə bilər. İşçilərin haradan çalışmasından asılı olmayaraq onlar üçün ədalətli mühit yaratmaq lazımdır.

Umano.com.tr ile hayalinizdeki işi bulun